BAKI, 19 iyun. TELEQRAF
"Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub".
Teleqraf xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında söyləyib.
Dövlətimizin başçısı bildirib: “Bu gün "Azərbaycan" məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”, - deyə dövlətimizin başçısı qeyd edib.