BAKI, 18 may. TELEQRAF

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) çıxış edən Albaniya Baş nazirinin müavini Albana Koçiu qlobal mənzil böhranının 3 milyarda yaxın insana təsir etdiyini, onlardan 1 milyarddan çoxunun isə qeyri-rəsmi yaşayış məntəqələrində ömür sürdüyünü bildirib.

Teleqraf xəbər verir ki, heç bir ölkənin bu problemdən sığortalanmadığını deyən Baş nazirin müavini, mənzil təminatının insan ləyaqəti və sosial sabitliyin fundamental təməli olduğunu vurğulayıb:

"Mənzil təminatı sosial sabitliyin təməlidir”.