BAKI, 18 may. TELEQRAF

"Özbəkistanda urbanizasiya səviyyəsi 65 faizə çatacaq".

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışında bildirib.

Dövlət başçısı dayanıqlı şəhərsalma məsələsinin yeni Özbəkistan üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Növbəti 15 il ərzində ölkə əhalisi 38 milyondan 50 milyon nəfərə yüksələcək, urbanizasiya səviyyəsi isə 51 faizdən 65 faizə çatacaq. Bu artım regional inkişafın balansı və iqtisadi yüksəliş üçün unikal imkanlar yaradır”.