BAKI, 25 avqust. TELEQRAF
Bu ilin yanvar-iyun aylarında "Şahdağ" Turizm Mərkəzinə 170 785 nəfər səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə "Şahdağ" Turizm Mərkəzinin tabeliyindəki hotellərdə qonaq olan şəxslərin sayı isə 90 891 nəfər təşkil edib.
Xatırladaq ki, "Şahdağ" Turizm Mərkəzi Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur və 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanın Böyük Qafqaz dağ silsiləsinin ətəyində, Şahdağ Milli Parkının yaxınlığında yerləşir.