BAKI, 13 iyun. TELEQRAF
2026-cı ilin mart ayının əvvəli Şahdağda Avropa Çempionatı və Dünya Kuboku keçiriləcək.
Teleqraf-ın “Şahdağ” Turizm Mərkəzinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov deyib.
"Bu barədə Beynəlxalq Xizək Alpinizmi Federasiyası (İSMF) tərəfindən səsvermə edilib. Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) arasında növbəti beş il üçün qlobal tərəfdaşlıq müqaviləsi imzalanıb. Növbəti illərdə 5 il ərzində FİS tərəfindən keçiriləcək yarışların Şahdağda təşkil edilməsi üçün əlimizdən gələni edirik. 2026-cı ildə ev sahibliyi edəcəyimiz yarışlar bizim üçün yeni bir çağırışdır. Ümidvaram ki, komandamız və dəstəkçilərimizlə biz bu yarışların öhdəsindən əminliklə gələcəyik", - o əlavə edib.