TBİLİSİ, 23 aprel. TELEQRAF

Bu ilin birinci rübündə Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlirin həcmi illik müqayisədə 2,3% artaraq 826 milyon ABŞ dollarına bərabər olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Hesabat dövründə Azərbaycandan edilən səfərlər Gürcüstana 48,6 milyon ABŞ dolları qazandırıb ki, bu da ötən ilin eyni göstəricisindən 19,8% çoxdur.

Qonşu ölkənin yanvar-mart ayları üzrə səyahət gəlirinin böyük hissələri 141,8 milyon ABŞ dolları olmaqla Rusiyanın, 114,2 milyon ABŞ dolları olmaqla İsrailin, 103,2 milyon ABŞ dolları olmaqla Avropa İttifaqı ölkələrinin payına düşüb.