Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, cari ilin ilk doqquz ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 24 128 770 ml qan tədarük edilib. Keçirilən aksiyalarda 51 367 nəfər könüllü donor iştirak edib. Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb.

Nazirlikdən bildirilir ki, tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq.Qanvermə aksiyalarının keçirilməsinin davam etdiriləcəyi bildirilir.

Naibə QURBANOVA