BAKI, 1 may. TELEQRAF

Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı 77 XB 918 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobilə baxış keçirib.

Bu barədə Teleqraf-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı antisanitar şəraitdə polietilen kisələrdə saxlanılan 205 kq sümüksüz at əti aşkarlanıb.

Araşdırma zamanı at ətinin Biləsuvar rayonunun Bəydili kənd sakini Əzizov Məlik Sabir oğluna məxsus olduğu müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, at əti saxlanca verilib. Araşdırmalar davam etdirilir.