BAKI, 1 may. TELEQRAF

Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub.

Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.

R.Hüseynov 2021–2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.

2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.