BAKI, 1 may. TELEQRAF

Aprelin 30-da ölkə ictimaiyyətini Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırmaq üçün Quba şəhərində WUF13 Festivalı keçirilib.

Bu barədə Teleqraf-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında WUF13 tədbiri ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib. Sessiyada universitetin müəllim və tələbələri, Quba şəhərində yerləşən müxtəlif məktəb və liseylərin şagirdləri, eləcə də Özbəkistandan ADPU-ya qonaq gələn müəllim heyəti iştirak ediblər.