BAKI, 1 may. TELEQRAF
2026-cı ilin birinci rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından Azərbaycan dövlətinə əsasən "Səngəçal" terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı təhvil verilib.
Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2026-cı ilin birinci rübünə dair hesabatında qeyd edilib.
Məlumata görə, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.