BAKI, 1 may. TELEQRAF
Azərbaycanda məktəblərin 63%-nin, şagirdlərin isə 81%-nin internetə qoşulma imkanı var.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.
O bildirib ki, növbəti mərhələdə bu say çoxalacaq.
"Hazırda hər 6 şagirdə 1 kompüter düşür. Əsas hədəfimiz hər bir şagirdə 1 kompüter nisbətini təmin etməkdir. Hazırda 530 min şagird rəqəmsal bacarıqlar layihəsində iştirak edir", - o vurğulayıb.