BAKI, 1 may. TELEQRAF
Bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Məlumata əsasən Bakıda və Abşeron yarımadasında, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.