BAKI, 1 may. TELEQRAF
2026-cı ilin birinci rübündə "Şahdəniz" yatağı üzrə fəaliyyətlərə təxminən 785 milyon dollar əməliyyat xərcləri və təxminən 336 milyon dollar əsaslı xərclər olmaqla ümumilikdə 1 milyard 121 milyon dollar xərclənib.
Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2026-cı ilin birinci rübünə dair hesabatında qeyd edilib.
Bildirilib ki, "Şahdəniz" yatağından - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 7 milyon barel) kondensat hasil edilib.
Birinci rübdə "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.