BAKI, 1 may. TELEQRAF

Son illər 700-dən çox abidənin pasportlaşması həyata keçirilib.

Teleqraf xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində təşkil edilən “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” adlı panel sessiyada deyib.

O bildirib ki, son illər dövlət qeydiyyatına salınacaq yeni aşkar edilmiş abidələr var.

"4 mindən artıq abidənin məlumatlarına baxılıb, 700-dən çox abidə qeydiyyata alınıb. Ölkə üzrə dövlət qeydiyyatına düşməyən 1400-dən artıq abidənin reyestrə daxil edilməsi üçün ekspert şurası yaradılıb. 761 abidə barəsində artıq müvafiq rəylər toplanıb", - o vurğulayıb.