BAKI, 1 may. TELEQRAF
WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun açılış mərasimində deyib.
O, COP29 zamanı əldə olunan nailiyyətlərin WUF13 zamanı da əldə ediləcəyinə inandığını bildirib.
"COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli dövlət-media-cəmiyyət vəhdətinin istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verdiyini sübut etdi. İnanırıq ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq", - Ə. İsmayılov vurğulayıb.