BAKI, 1 may. TELEQRAF
Bakı Olimpiya Stadionunda WUF13 media mərkəzi fəaliyyət göstərəcək.
Teleqraf xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində təşkil edilən “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” adlı panel sessiyada deyib.
O bildirib ki, WUF13-də 40 əsas sessiya keçiriləcək.
"Təkcə URBAN sərgisi 35 min kvadrat metri əhatə edəcək", - o vurğulayıb.