BAKI, 3 sentyabr. TELEQRAF
Ötən ay ərzində ümumilikdə 70 aptekdə yoxlama həyata keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
"Yoxlamaların 51-i planlı, 16- sı plandankənar və 3-ü yoxlamadan kənar olub.
Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib", - məlumatda vurğulanıb.