BAKI, 21 avqust. TELEQRAF
Hazırda vizasız gediş-gəliş məsələsinin siyasi baxımdan olduqca həssas olması səbəbindən Böyük Britaniyanın istər Azərbaycanla, istərsə də başqa bir ölkə ilə bu rejimi tətbiq edəcəyini düşünmürəm.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, vizasız gediş-gəliş məsələsi Böyük Britaniyanın miqrasiya siyasəti ilə sıx şəkildə bağlıdır:
“Hazırda miqrasiya bizim üçün çox mürəkkəb siyasi məsələdir. Ona görə də bu, konkret olaraq Azərbaycanla bağlı məsələ deyil”.