BAKI, 21 avqust. TELEQRAF

Azərbaycanın Ukraynaya humanitar baxımdan yardım etmək üçün gördüyü bütün işləri tam dəstəkləyirik.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Böyük Britaniyanın Rusiyanın apardığı qanunsuz müharibə ilə bağlı mövqeyi tam aydındır:

“Biz çox açıq şəkildə bildiririk ki, bu, dayandırılmalıdır. Prezident Putin istəsə, bunu dərhal dayandıra bilər. Mənim hökumətim də müharibənin əvvəlindən etibarən bu məsələdə aydın mövqe nümayiş etdirib və ondan əvvəlki baş nazirlər də məhz eyni siyasəti yürüdüblər.

Biz başa düşürük ki, Azərbaycan Rusiyanın qonşusudur və bu, vəziyyəti daha mürəkkəb edir.

Ümid edirik ki, Azərbaycanın Ukraynaya humanitar yardımları ilə bağlı daha çox iş görmək üçün imkanlar yaranacaq. Prezident Zelenskini Bakıda görməkdən də çox məmnun olduq və bu, həqiqətən də inanılmaz bir hadisə idi”.