BAKI, 5 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul ayları ərzində 41 151 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, müavinət ödənişləri 19 147 nəfər qız, 22 004 nəfər oğlan uşağına görə aparılıb.