BAKI, 22 iyul. TELEQRAF

Bu ilin birinci yarısında qızılca və suçiçəyi xəstəliklərinə yoluxanların sayı məlum olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 34 715 suçiçəyi, 130 qızılca xəstəliyinə yoluxma qeydə alınıb.

Məlumat üçün qeyd edək ki, 2025-ci ildə ölkədə ümumən 27 777 nəfər suçiçəyinə, 10 nəfər isə qızılca xəstəliyinə yoluxub. Cari ilin ilk 6 ayının göstəriciləri ötən ilin ümumi rəqəmlərini artıq geridə qoyub. Bu isə hər iki xəstəlik üzrə, xüsusən də qızılca hallarında kəskin artım dinamikasından xəbər verir.