BAKI, 22 iyul. TELEQRAF

Bu ilin ilk 6 ayında 59 uşaq müəssisədən öz bioloji ailəsinə qaytarılıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 28-i qız, 31-i oğlandır.

"Aparılan sosial iş, ailələrin qiymətləndirilməsi və dəstək tədbirləri nəticəsində 162 uşağın ailələri tərəfindən sosial xidmət müəssisələrinə yerləşdirilməsinin qarşısı alınıb. Həmin uşaqlardan 90-ı qız, 72-si oğlandır", - məlumatda vurğulanıb.