BAKI, 20 iyul. TELEQRAF

Cari ilin iyun ayı ərzində əlilliyə görə 244 839 nəfər şəxs pensiya, 223 862 nəfər şəxs aylıq müavinət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, 92 204 nəfər şəxs isə Prezident təqaüdü alıb.