BAKI, 15 iyul. TELEQRAF
Azərbaycanda 2 857 məktəb genişzolaqlı internetlə təmin olunub.
Teleqraf xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsildə rəqəmsallaşma" mövzusunda təlim-müzakirə sessiyası zamanı bildirib.
O qeyd edib ki, ölkədə şagirdlərin 82 faizi genişzolaqlı internet bağlantısı ilə əhatə edilib:
"2 857 məktəb genişzolaqlı internetlə təmin olunub. 2020-ci ildə bu göstərici 171 məktəb təşkil edib. 2026-cı ildə məktəblərə ümumilikdə 236 min 295 kompüterin verilməsi nəzərdə tutulur. Məktəblərin 63 faizi genişzolaqlı internetə qoşulub".