BAKI, 17 iyun. TELEQRAF
Növbəti köç karvanları Şükürbəyli kəndinə çatıb, ailələrə mənzinlərinin açarları təqdim edilib.
Teleqraf xəbər verir ki, bu mərhələdə kəndə 45 ailə - 196 nəfər köçürülüb.
.jpg)
.jpg)
***
09:16
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə - 196 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.