ŞUŞA, 25 may. TELEQRAF

Şuşanın Böyük Qaladərəsi kəndinə yola salınan ailələr mənzil başına çatıb evlərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında respublikanın müxtəlif yerlərindən yola salınan 14 ailə mənzil başına çatıb.

Mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim edilib.

***

10:52

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qayıdış proqramına uyğun olaraq Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb.
Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailədən 64 nəfər öz doğma yurduna yola salınıb.

Şuşanın Böyük Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.