Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın sözügedən istiqamət üzrə reysləri ləğv olunub.

Teleqraf xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.

Aviaşirkətdən bildirilib ki, sərnişinlərin təhlükəsizliyi prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır.