BAKI, 13 may. TELEQRAF

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səhər saatlarında yola salınan 235 nəfərdən ibarət 59 ailə mənzil başına çatıb.

Ailələrə mənzillərin açarları təqdim olunub.

***

13:57

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Şükürbəyliyə çatan 97 ailəyə mənzillərin açarları təqdim olunub.

***

13:32

Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 419 nəfərdən ibarət 97 ailə köçürülüb.

***

06:30

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanları yola salınıb.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Zəngilan şəhərinə 235 nəfərdən ibarət 59 ailə, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 419 nəfərdən ibarət 97 ailə köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.