BAKI, 22 iyun. TELEQRAF

Futbol üzrə dünya çempionatının J qrupunun II turunda Argentina və Avstriya komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Dallas stadionunda keçirilən görüş argentinalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın hər iki qolunu Lionel Messi vurub. 38 yaşlı hücumçu 39-cu və 90+5-ci dəqiqələrdə fərqlənib.

Messi bununla da dünya çempionatlarında keçirdiyi 28 oyunda vurduğu qolların sayını 18-ə çatdırıb.

Qeyd edək ki, Messi DÇ-2026-da iki oyunda 5 qol vurub.

***

23:00

Futbol üzrə dünya çempionatında keçirilən Argentina - Avstriya oyununda ikinci qol vurulub.

Teleqraf xəbər verir ki, qarşılaşmanın 90+5-ci dəqiqəsində Messi Argentina millisinə ikinci qolu qazandırıb.

Bununla da o, dünya çempionatlarındakı qollarının sayını 18-ə çatdırıb.

22:16

Futbol üzrə dünya çempionatının J qrupunun II turunun Argentina - Avstriya oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, görüş Dallas stadionunda keçirilir.

Argentinalılar Messinin ilk hissədə vurduğu qolla 1:0 öndədir.

***

22:00

Futbol üzrə dünya çempionatında Argentina və Avstriya yığmaları arasında keçirilən oyunun ilk hissəsi başa çatıb.

Teleqraf xəbər verir ki, Argentina millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Görüşdə yeganə qolu 17-ci dəqiqədə komandanın kapitanı Lionel Messi vurub.

***

21:40

Futbol üzrə dünya çempionatında keçirilən Argentina - Avstriya oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində Argentina millisinin forvardı Lionel Messi fərqlənib. Bununla da o, dünya çempionatlarındakı qollarının sayını 17-yə çatdırıb.

***
21:00

Futbol üzrə dünya çempionatının Argentina - Avstriya oyunu başlayıb.

Teleqraf xəbər verir ki, J qrupunun II turunun matçı Dallas stadionunda keçirilir.

Qarşılaşmanı misirli FIFA referisi Amin Omar idarə edir.