BAKI, 28 aprel. TELEQRAF

Uzun illər doğma yurdumuza həsrət qaldıq. Nəhayət qayıdırıq. Çox həyəcanlıyam.

Teleqraf xəbər verir ki, bunu Füzulidən məcburi köçkün düşən Qlavdiya Yusupova deyib.

Onun sözlərinə görə, Qırmızı Bazar qəsəbəsinə köçürülür:

"Torpaqlarımıza qovuşmağımız Prezidentimiz İlham Əliyevin möhkəm iradəsi, əsgərlərimizin şücaəti sayəsində mümkün oldu. Onlara təşəkkür edirəm".

Qeyd edək ki, bu gün Xocavənd şəhərinə 39 ailə - 176 nəfər, Qırmızı Bazar qəsəbəsinə 16 ailə - 63 nəfər, Xanoba kəndinə isə 13 ailə - 60 nəfər köçürülür.