BAKI, 20 aprel. TELEQRAF

Ötən ay 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb.

"Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda, məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb", - məlumatda qeyd olunub.

Yararlılıq müddəti bitmiş məhsullar aşkarlanan məktəblər

1

Astara rayon Məhərrəm Abıyev adına Vaqo kənd tam orta ümumtəhsil məktəbi

Astara rayonu, Vaqo kəndi

2

Astara şəhər Fərman Əliyarov adına 6 nömrəli məktəb

Astara şəhəri, S.Vurğun küçəsi

3

Astara rayon Z.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb

Astara rayonu, Pensər kəndi

4

Astara rayon Ərçivan qəsəbə Natiq Kərimov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi

Astara rayonu, Ərçivan qəsəbəsi

5

Astara rayon A.İbrahimov adına Şüvi kənd tam orta məktəb

Astara rayonu, Şüvi kəndi

6

Cəlilabad şəhər 3 nömrəli tam orta məktəb

Cəlilabad şəhəri, C.Cahangirov küçəsi

7

Cəlilabad rayon Ş.Sultanov adına Qarazəncir kənd tam orta ümumtəhsil məktəbi

Cəlilabad rayonu, Qarazəncir kəndi

8

Gəncə şəhər 28 nömrəli tam orta məktəb

Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, döngə 1

9

Göygöl rayon Coşqun Verdiyev adına Aşıqlı kənd tam orta məktəb

Göygöl rayonu, Aşıqlı kəndi

10

İlqar Mahmudov adına Liman şəhər 1 nömrəli tam orta məktəb

Lənkəran rayonu, Liman şəhəri

11

Lənkəran rayon Nərimanabad qəsəbə 1 nömrəli tam orta məktəb

Lənkəran rayonu, Nərimanabad qəsəbəsi

12

Xarxatan kənd tam orta məktəb

Lənkəran rayonu, Xarxatan kəndi

13

Mingəçevir şəhər 4 nömrəli tam orta məktəb

Mingəçevir şəhəri, Y.Mansurov küçəsi,

ev 3

14

Masallı rayon İ.Nağıyev adına 2 nömrəli tam orta məktəb

Masallı rayonu, Boradigah qəsəbəsi

15

Təzə Alvadı kənd Elşad Əhədov adına 1 nömrəli tam orta məktəb

Masallı rayonu, Təzə Alvadı kəndi

16

Masallı şəhər 2 nömrəli tam orta məktəb

Masallı şəhəri, Qurtuluş küçəsi

17

Masallı rayon S.Rzayev adına Böyük Kolatan kənd tam orta məktəb

Masallı rayonu, Böyük Kolatan kəndi

18

Salyan şəhər Yusif Qasımov adına 4 nömrəli tam orta məktəb

Salyan şəhəri, Ə.Hüseynov küçəsi 2

19

Şabran rayon Roman Yusifov adına 2 nömrəli texniki təmayüllü məktəb-lisey

Şabran şəhəri, T.Abbasov küçəsi 1

20

Siyəzən şəhər M.Müşviq adına 2 nömrəli tam orta məktəb

Siyəzən şəhəri, T.İsmayılov küçəsi

21

Siyəzən şəhər Ş.İsmayılov adına 3 nömrəli tam orta məktəb

Siyəzən şəhəri, Babək küçəsi 46A

22

Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəb

Zaqatala şəhəri, Vidadi küçəsi 26

23

Zaqatala şəhər N.Hüseynov adına 2 nömrəli tam orta məktəb

Zaqatala şəhəri, H.Əliyev prospekti

Qadağan edilmiş məhsullar aşkarlanan məktəblər

1

322 nömrəli tam orta ümumtəhsil məktəbi

(Aşkar edilmiş məhsul: kremli tort)

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq, keçid 1349

2

214 nömrəli tam orta ümumtəhsil məktəbi

(Aşkar edilmiş məhsul: kremli tort)

Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 18

3

240 nömrəli məktəb

(Aşkar edilmiş məhsul: kremli tort )

Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi 20

4

182 nömrəli tam orta ümumtəhsil məktəbi

(Aşkar edilmiş məhsul: qızardılmış kartof fri)

Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsi 84

5

Sabirabad şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəb

(Aşkar edilmiş məhsul: qızardılmış pirojki)

Sabirabad şəhəri, H.Əliyev prospekti 158