BAKI, 19 fevral. TELEQRAF
Bu gündən Azərbaycanda Ramazan ayı başlayır.
Teleqraf xəbər verir ki, bu il müqəddəs ayın ilk günü fevralın 19-a təsadüf edir.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.
İlk günün imsak vaxtı saat 06:04, iftar vaxtı isə saat 18:34-dür.
Qeyd edək ki, bu il Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə düşür.
Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.


