BAKI, 4 fevral. TELEQRAF
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "güclü külək" işarəsi qoyulub: "Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".