BAKI, 2 fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında (MMQ) şahmat üzrə qoşunların birinciliyi keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, MMQ-nin Komandanlığında baş tutan çempionatda 45 hərbi qulluqçu iştirak edib.
Yarışda komanda hesabında “Səngəçal” komandası bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub. İkinci yerə Mülki müdafiə qoşunlarının Komandanlığı, üçüncü yerə isə “Quba” komandası layiq görülüb.
Şəxsi yarışlarda çempion adını baş leytenant Mobil Mustafayev, ikinci yeri gizir Nəcəf Şahbazov, üçüncü yeri isə baş leytenant Aqil Heybətov qazanıb.
Yarışın sonunda qaliblər diplom, medal və kubokla təltif ediliblər.