BAKI, 29 yanvar. TELEQRAF

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi vasitəsilə 5800 şəxs işlə təmin edilib.

Teleqraf xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, özünüməşğulluq proqramının icrasında digər həssas qruplar kimi, əlilliyi olan şəxslərə də üstünlük verilir. 2025-ci ildə agentlik tərəfindən əlilliyi olan 1284 şəxs üçün proqram çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.

Ümumilikdə son bir ildə əlilliyi olan 500-dək şəxs peşə kurslarına cəlb olunub. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilib.