BAKI, 27 yanvar. TELEQRAF
Növbəti 4 il ərzində bəzi peşələr aktuallığını itirəcək.
Teleqraf xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.
O bildirib ki, Dünya İqtisadi Forumunun işlərin gələcəyi hesabatına görə, 2030-cu ilədək bəzi peşələr aktuallığını itirəcək:
"Süni intellekt bəzi mütəxəssislərin işini görəcək, peşələri transformasiya edəcək. Texniki istiqamətlər üzrə insan amili azala bilər
Azərbaycanda süni intellektlə bağlı ixtisaslara tələb günü-gündən artır. Ona görə də biz süni intellektlə bağlı peşələri kurslarımıza daxil edəcəyik" - sədr qeyd edib.
H.Abbasov əlavə edib ki, dünya üzrə 2017-ci ildən bəri doğulan uşaqların 60%-dən çoxu əmək qabiliyyətli yaşa çatanda hansı işlə məşğul olacağı məlum deyil.