BAKI, 27 yanvar. TELEQRAF
Azad edilmiş ərazilərdə 8 mindən çox şəxs işlə təmin olunub.
Teleqraf xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, 2025-ci ildə 2847 vətəndaş işlə təmin edilib,154 nəfər özünəməşğulluq proqramına cəlb edilib.
"Bununla da cari dövrədək işğaldan azad edilmiş ərazilərdə öz biznesini qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində dövlət dəstəyi göstərilənlərin sayı 705 nəfərə çatıb. Hazırda 266 nəfərlə özünüməşğulluq proqramı üzrə işlər davam etdirilir.
Onu da qeyd edim ki, azad edilmiş ərazilərdə vətəndaşların 58 faizi dövlət, 42 faizi özəl sektorda çalışır", - o əlavə edib.