BAKI, 27 yanvar. TELEQRAF

Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçürülən 20 ailəyə mənzillərinin açarları təqdim olundu.

Teleqraf xəbər verir ki, doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

***

12:26

Bu gün səhər Bakıdan Zəngilan rayonunun Məmmədbəyliyə yola salınan köç kəndə çatıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə kəndə 103 nəfərdən ibarət 20 ailə köçürülüb.

***

06:31

Bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub.

Teleqraf xəbər verir ki, bu mərhələdə kəndə 103 nəfərdən ibarət 20 ailə köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Kəndə qayıdan Məhbubə Həsənova deyir ki, uzun illərdən sonra doğma yurda qayıtmağın xoşbəxtliyi bir başqadır:
"İndi o torpağa dörd övladımla gedirəm. Hamımız sevinirik. Kəndimizin həsrəti ilə çox yaşamışıq, indi qovuşmağımızın sevincini yaşayaq".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.