XANKƏNDİ, 21 yanvar. TELEQRAF
Bu gün səhər saatlarında Bakıdan yola salınan köç karvanı Xankəndi şəhərinə çataraq 162 nəfərdən ibarət 36 ailəyə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, doğma yurda qayıdan ailələr üçün Xankəndi şəhərində müasir tələblərə cavab verən hər cür yaşayış şəraiti yaradılıb.
Açarların təqdimetmə mərasimində Xankəndi şəhəri ilə yanaşı, Ağdərə və Xocalı rayonlarından Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
13:23
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi ardıcıl şəkildə davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, Qayıdış proqramı çərçivəsində bu gün səhər Bakı şəhərindən Xankəndi şəhərinə yola salınan ilk köç karvanı mənzil başına çatıb.
Köç karvanında yer alan 36 ailə, ümumilikdə 162 nəfər Xankəndi şəhərində daimi məskunlaşıb.
Xankəndiyə köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.
Doğma yurda qayıdan sakinlər dövlət tərəfindən yaradılan şəraitə və göstərilən hərtərəfli qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Sakinlər, həmçinin torpaqlarımızın işğaldan azad olunmasında mühüm rol oynayan Azərbaycan Ordusuna təşəkkür edərək, bu yolda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.




***
BAKI, 21 yanvar. TELEQRAF
06:21
Bu gün Xankəndi şəhərinə ilk köç yola salındı.
Teleqraf-ın xəbərinə görə, ilk mərhələdə Xankəndi şəhərinə 162 nəfərdən ibarət 36 ailə köçürülüb.
Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.