BAKI, 13 dekabr. TELEQRAF

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva vəzifəsindən istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə S.Haqverdiyevanın özü feysbuk səhifəsində məlumat verib.

O, həyat yoldaşı Rəşad Əhmədzadə ilə nikahına rəsmi şəkildə xitam verdiyini və illər çalışdığı Azərbaycan Dövlət Kukla Teatrı ilə də yollarını ayırdığını qeyd edib.

“Bundan sonra məni heç nə ilə qısnaya, psixoloji təzyiq altına ala, susdurmağa cəhd göstərə bilməyəcəksiniz. Başıma gələn hər şeyi açıq və aydın şəkildə, bütün təfərrüatı ilə yazacağam”.

Xatırladaq ki, Səidə Haqverdiyeva Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı olub.