KƏLBƏCƏR , 25 noyabr.TELEQRAF
Kəlbəcərdə möhtəşəm atəşfəşanlıq olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Kəlbəcərdə keçirilən Kəlbəcər şəhər günü təşkil edilən konsert proqramından sonra sonda atəşfəşanlıq olub.
Qeyd edək ki, Kəlbəcər işğaldan azad olunduqdan sonra şəhərdə ilk şəhər günü qeyd olunur.
Tədbir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.