BAKI, 17 noyabr. TELEQRAF
“Müəllimin maaşı ölkə üzrə orta maaşdan ən azı iki dəfə yüksək olmalıdır”.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib
Nazir bildirib ki, hazırkı statistika müəllimlərin 4–6 saat dərs yükü ilə aldığı əməkhaqqısını ümumi göstəriciyə daxil edir:
"Bu, yanlış təsəvvür yaradır. Eyni zamanda, müəllimin öz əməkhaqqısını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm də doğru deyil”.