BAKI, 25 iyun. TELEQRAF

Səhər ilk saatları olmasına baxmayaraq, qanvermə aksiyası yenicə başlasa da, kifayət qədər müraciət edənlər var.

Teleqraf xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov İlahiyyat İnstitutunun inzibati binasında keçirilən qanvermə aksiyasında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən ilin təcrübəsi Aşura gGünü qan vermək üçün müraciət edənlərin sayının günortadan sonra da davam etdiyini göstərir.

"Artıq bir neçə ildir ki, qanvermə aksiyaları keçirilən məscidlərin siyahısına işğaldan azad edilən ərazilərdəki məscidlər də qoşulub. Bir neçə ildir qanvermə aksiyası Azərbaycan İlahiyyat İnstitutunda da təşkil edilir. Bu da təsadüfi hal deyil. Çünki Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycanın gələcək din xadimləri, ilahiyyatçıları yetişir", - o vurğulayıb.