BAKI, 25 iyun. TELEQRAF

Qanvermə aksiyaları Azərbaycanda artıq ənənə halını alıb və burada toplanan qanlar ehtiyacı olan insanlara yönləndirilir.

Teleqraf xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev İlahiyyat İnstitutunun inzibati binasında keçirilən qanvermə aksiyasında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu da Aşura Gününün fəlsəfəsi ilə üst-üstə düşür.

"Burada məqsəd xeyirxahlıqdır. Bədənə xəsarət etmək və mənəvi dəyərlərimizə zidd hərəkətlərdən uzaq durmaq lazımdır. Bu, Aşura gününün mahiyyəti ilə ziddiyət təşkil edir", - o vurğulayıb.