KƏLBƏCƏR, 26 avqust. TELEQRAF

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti alıb.

Xəsarət alanlar 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimovdur.

Yaralılar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.