BAKI, 4 avqust. TELEQRAF

"Atam çox işıqlı insan idi".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində mərhumun qızı, deputat Günay Əfəndiyeva deyib.

O qeyd edib ki, belə bir gündə ailəni tək buraxmadıqları üçün Prezident Ilham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür edir.

"Biz xoşbəxt ailə idik. Bu xoşbəxtliyə görə hamımız ona borcluyuq. Atamın biliklərinə, insanlarla münasibətlərinə hər zaman heyran idim, onunla fəxr edirdik. O dünyaya köçsə də, inanırıq ki, işığı daim üzərimizdə olacaq".

Qeyd edək ki, vida mərasimində Xalq yazıçısının ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkarlar, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn ediləcək.