BAKI, 10 iyul. TELEQRAF

Azərbaycan Milli Televiziya və Radio Şurasının üzvü, Teleradio Akademiyasının rektoru, şairə, publisist, nasir Telli Pənahqızı Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub.

Teleqraf xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası məlumat yayıb.

Qeyd edək ki, T.Pənahqızı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavinidir.