AĞCABƏDİ, 1 iyul. TELEQRAF

Yekaterinburqda qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının cənazəsi dəfn edilməsi üçün Ağcabədiyə gətirilib.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, cənazələr əvvəlcə vida mərasimi keçirilməsi üçün qardaşların evinə gətirilib.

Daha sonra onlarla vida mərasimi keçiriəcək və cənazələr valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbristanlığında dəfn ediləcək.

Qeyd edək ki, ötən ayın 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib.

Basqın zamanı 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.