BAKI, 25 iyun. TELEQRAF

"2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub. İmtahanlarda iştirak edən 6070 namizəddən 1820 nəfəri uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Kollegiyanın üzvü olub".

Teleqraf xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxışı zamanı deyib.

A.Bağırovun sözlərinə görə, bugünkü mərasimdə daha 92 namizəd vəkil andı içərək Kollegiyaya qəbul edilib: "Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb. Namizədlərdən 60 nəfəri kişi, 31 nəfəri isə qadındır. Onlardan 20 nəfəri regionlarda, 82 nəfər paytaxtda fəaliyyət göstərəcək. O cümlədən 1 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edib".